AZ

Hindistanda güclü qasırğa: Şəhərlər suyun altında qaldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fenqal" qasırğası Hindistanın cənub-şərq sahillərinə çatıb, bir sıra şəhər və rayonlarda daşqınlara səbəb olub və nəqliyyata ciddi ziyan vurub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət və meteorologiya xidməti məlumat yayıb.
Meteoroloqların bildirdiyinə görə, güclü yağış və güclü külək Hindistanın cənubundakı Tamil Nadu ştatında və Pondiçerridə bir neçə rayona ziyan vurub. Tamil Nadu əyalətinin paytaxtı Çennaidəki Regional Meteoroloji Mərkəz səkkiz rayon üçün qırmızı həyəcan elan edib.
Səlahiyyətlilər bütün çimərlikləri bağlayıb, qatarların hərəkəti dayandırılıb.
Seçilən
6
2
oxu.az

10Mənbələr