AZ

“Qarabağ” reytinqdə geriləyib

Klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az xəbər verir ki, avroliqa matçlarından sonra cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan çempionu “Qarabağ”ın da mövqeyi dəyişib. Evdə “Lion”a 1:4 hesabı ilə məğlub olan Qurban Qurbanovun komandası 62-ci pillədə qərarlaşıb.

Ağdam klubunun hesabında 32,000 xal var. “Qarabağ” bir addım geriləyib. Plzen “Viktoriya”sı təmsilçimizi geridə qoyub.

“Neftçi” 8,000 xalla 175-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 323-cü yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 135,000 xala malik “Mançester Siti” başçılıq edir.

Vaqif Cavadov: “Səhvləri heç vaxt kiminsə üzərinə atmamışam”

"Zirə”dən böyükhesablı qələbə - YENİLƏNİB

“Neftçi” – “Qarabağ” matçı üçün 5000 bilet satılıb

Ayxan Abbasov: "Xarakterlərimiz düz gəlmirsə, davam etmək doğru deyil"

Azər Bağırov: "Bunda heç bir problem yoxdur"

Seçilən
32
18
apasport.az

10Mənbələr