Ermənistan Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın yemək bişirməsi videosunu yayımlayıb.
News24.az globalinfo.az-a istinadən bildirir ki,”Anna, sən yenə dolmanı bükürsən. Neçə dolma bükə bilərsən?”, – Paşinyan soruşub.
Akopyan isə Paşinyandan videonu paylaşmamağı xahiş edib.
“Əgər bunu etsən, özümü öldürəcəm”, – o istehza ilə deyib.
Sözügedən görüntü sosial şəbəkənin erməni seqmentində müzakirə və tənqid obyekti olub.