2023-cü ilin oktyabrında başlayan müharibə zamanı Qəzza zolağında ən azı 191 jurnalist həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS hərəkatının Qəzza zolağından İsrail ərazisinə hücumu genişmiqyaslı müharibəyə səbəb olub. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girovları azad etmək məqsədilə Qəzzada hərbi əməliyyata başlayıb.