Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdışın I Dövlət Proqramı çərçivəsindəCəbrayıl şəhərinə növbəti köç karvanı yola düşüb. Köçürülən ailələrdaha əvvəl respublikanın müxtəlif bölgələrində yataqxana,sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar. Bumərhələdə Bakı şəhərinin Qaradağ rayonundan 35 ailə, ümumilikdə 133nəfər Cəbrayıla köçürülüb.
Trend xəbər verir ki, doğma yurdlarına qayıdan sakinlərgöstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadəedərək, bu yolda şəhid olanlara rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 30 minə yaxıninsan yaşayır. Onların arasında köçkün ailələri ilə yanaşı, bölgədəicra edilən layihələrdə çalışan, dövlət qurumlarının yerlibölmələrində xidmət edən, eləcə də səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən şəxslərdə var.