Müəllif:Ayşən İmanova/Banco.az
Kanadanın büdcə kəsiri 2024-2025-ci maliyyə ilinin ilk altı ayında iki dəfədən çox artaraq 13,01 milyard Kanada dollarına (9,28 milyard dollar) çatıb.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, proqram xərcləri və borc ödənişləri gəlir artımından daha sürətli yüksəlib.