AZ

"Qalatasaray"ın hücumçusu arvadını oğurluqda ittiham elədi: "Pulumu və saatlarımı..."

"Qalatasaray"ın argentinalı qolçuçusu Mauro İkardi ayrılmaq mərhələsində olduğu həyat yoldaşı Vanda Naranı oğurluqda ittiham edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zədə üzündən heyətdə yer almayan Mauro İkardi bu barədə ölkəsində polisə şikayət ərizəsi verib.

Məlumata görə, Argentinada olan Mauro İkardi orada evində Nara ilə mübahizə edib: "Mübahisə zəminində Nara polisə zəng edib, İkardinin onu öldürmək istədiyini deyib. O bildirib ki, İkradinin evdə qanunsuz silahı da var. Hadisə yerinə polis göndərilib. Həmin vaxtı evdən gedən İkardi dostunun evində gecələyib. Polis isə evi axtarb, silah tapılmayıb. Səhəri adına olan qanuni evinə dönən İkardi daha bir sürprizlə qarşılaşıb. Aydın olub ki, Nara evin giriş kodlarını dəyişib. O, İkardini evə buraxmayıb".

Məlumatda deyilir ki, bundan sonra İkardi polisə şikayət edib: "O, şikayətində Naranın onun pullarını və saatlarını oğurladığını iddia edib. Hazırda polis iddianı araşdırır".

Fərid Aslan
MİA.AZ

Seçilən
72
15
mia.az

10Mənbələr