Bakı. Trend:
2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanat imzalandı və 44günlük Vətən müharibəsi Azərbaycanın qəti qələbəsilə başa çatdı.Ermənistanın hərbi kapitulyasiyasını təsdiqləyən bu Bəyanat uzunillər davam edən işğala son qoydu, münaqişənin hərbi mərhələsi başaçatdı. Üçtərəfli Bəyanatın imzalanmasının ən önəmli cəhətlərindənbiri də Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədənAzərbaycana qaytarılması oldu.
Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub vəçıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütüntorpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikinitəqdim etmək məcburiyyətində qaldı:
“Bu qrafikə əsasən 2020-ci il noyabr ayının 25-də Kəlbəcərrayonu işğaldan azad edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcərşəhəri günü kimi müəyyən olunub”.
K.Qafarov erməni işğalı dövründə Kəlbəcərin talan edilməsifaktından bəhs edərək deyib:
“1993-cü il aprelin 2-də Ermənistanın işğalçı ordusu tərəfindənKəlbəcər rayonu işğal edildi. İşğal nəticəsində 511 dinc sakinöldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin 60min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayışməntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal etdikləribütün digər ərazilərimizdə olduğu kimi erməni vandalları Kəlbəcərdədə talançılıqla məşğul olublar. İşğal nəticəsində rayonun bütüninfrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarlamanatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-inprinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisindəermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. Kəlbəcərinişğalından sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrinKəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhalçıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də,rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlarda onun icrasını tələb etmədilər. Belə yanaşmadan daha daazğınlaşan Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycanınyaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli artilleriyaatəşinə tutmaqla hərbi qulluqçularla yanaşı, dinc sakinlərin dəölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəfetmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali BaşKomandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçməkəmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraqAzərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilətorpaqlarımızın işğalına son qoydu və beynəlxalq hüququ bərpaetdi”.
K.Qafarov bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz tarixiQələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri, bütündigər ərazilərimizdə olduğu kimi, Prezident İlham Əliyevin şəxsinəzarətindədir:
“Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azadolunmuş Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinəstart verildi. İşğaldan sonra ilk dəfə 2021-ci il avqustun 16-daKəlbəcərə səfər edən Ali Baş Komandan bu şəhərdə də Azərbaycanbayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçənmüddət ərzində Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərləretmişdir ki, bu səfərlərin də hər biri önəmli hadisələrlə əlamətdarolmuşdur. Kəlbəcər doğma sakinlərini gözləyir. Son üç ildə gedənproseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azadedilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaqdirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgindüşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çoxböyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə ÖlkəPrezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur”.