İki günə 1000-dən çox bilet satıldı
Reper Orxan Zeynallı növbəti dəfə konsertə hazırlaşır.Sənətçi bu dəfə ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında hitlərini səsləndirəcək.“Endorphin”in təşkilatçılığı ilə 24-25 yanvarda gerçəkləşəcək konsertə ilk iki gündə 1000-dən çox bilet satılıb.Orxanı gecədə musiqi qrupundan əlavə kvartet müşayiət edəcək. Onun hitləri fərqli versiyalarda səsləndiriləcək.Reper xüsusi olaraq konsert üçün yeni duetlər üzərində də çalışır.