AZ

İranda hicaba etiraz edən güneyli xanıma şallaq vurulub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məcburi hicab qaydalarına etiraz etdiyinə görə həbs edilərək Tehranın Qərçək həbsxanasında saxlanılan təbrizli qadın Roşənək Mövlayiyə şallaq vurulduqdan sonra sərbəst buraxılıb.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "Amerikanın səsi" İran Qadınlar Birliyinə istinadən məlumat verib.
Məlumata görə, bir neçə gün əvvəl güneyli etirazçının məhkəməsi keçirilib və ona şallaq cəzası təyin edilib. Roşənək Mövlayinin şallaq cəzasının sayı və hansı ittihama görə tətbiq edilməsi isə açıqlanmayıb.
Xatırladaq ki, Mövlayi məcburi hicab qaydalarını pozduğuna görə motosikletli hökumət muzdlusunun zorakılığına qarşı müqavimətini əks etdirən görüntülərin sosial şəbəkələrdə paylaşılmasından sonra oktyabrın 12-də polisə çağırılıb. Daha sonra 25 yaşlı Roşənək Mövlayi həbs edilərək Qərçək zindanına salınıb.
Seçilən
127
50
oxu.az

10Mənbələr