AZ

Astarada itkin düşmüş 14 yaşlı yeniyetmə nənəsinin evində ölü TAPILDI

Astara rayonunun Şahağacı kəndində ötən gecədən axtarılan 14 yaşlı yeniyetmənin meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, 2010-cu il təvəllüdlü Namik Şamil oğlu Həsənov ölü şəkildə nənəsi evində aşkarlanıb. 
 

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.


Ölümün səbəblərini dəqiqləşdirmək üçün daxili və xarici ekspertiza aparılacaq.

Faktla bağlı Astara rayon prokurorluğu tərəfindən araşdırma başladılıb. Namik Həsənovun ailəsində bir qardaşı və bir bacısı olduğu bildirilir. Hadisə ilə bağlı təfərrüatlar araşdırılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
7
6
bizim.media

10Mənbələr