Norveçin “Equinor” şirkəti noyabrın 29-da “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatoru olan “BTC Co” boru kəməri şirkətindəki iştirak payının Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” şirkətinə satışı üzrə sövdələşmələri bitirib.
Bu barədə “Equinor” şirkətinin açıqlamasında deyilir.