AZ

"Etnik savaş növbəsi Avropaya çatır" - Ekspert

"Zahirən eyni görünsə də, birgə fəaliyyət göstərsələr də, Avropa İttifaqı və ora üzv ölkələr daxilində də müəyyən çəkişmə və ziddiyyətlər mövcuddur".
 
Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Rusiya ilə müharibənin başlanması fonunda Avropa İttifaqı ölkələrində daxili düşmənçiliyin alovlanma ehtimalını şərh edərkən deyib:

"Vaxtaşırı bu ziddiyyət və çəkişmələr özünü büruzə verir. İndiki halda, istər Ukrayna, istərsə də Rusiyaya münasibətdə bu məqamlar özünü göstərir. Ümumiyyətlə, son dövrlər Avropa İttifaqına daxil olan dövlətlər daxilində də müəyyən etnik çəkişmələr, ekstremist fəaliyyətlər genişlənib. Bu, bir faktdır. Ola bilsin ki, bu amil hələlik özünü yalnız Rusiya ilə Ukrayna arasında müharibənin başlanması ilə bağlı  göstərir. Bununla yanaşı, qurum daxilindəki çəkişmələr də son nəticədə Avropada etnik problemlərin güclənməsi, bu istiqamətdə çəkişmələrin artmasına gətirib çıxara bilər". 

Həmsöhbətimizin fikrincə, "köhnə qitədə” müharibəyə münasibətdə müxtəlif fikirlər  olduğundan, Qərblə Rusiya arasında başlanması ehtimal edilən müharibə son  nəticədə Aİ ölkələri daxilindəki münasibətləri də gərginləşdirəcək:

"Qərbin əleyhinə olan qüvvələr bu ölkələr daxilindəki müharibə tərəfdarları ilə əleyhdarları arasındakı çəkişmələrə öz maraqları naminə etnik don da geyindirə bilərlər".

Qeyd edək ki, bir sıra ekspertlərin fikrincə, Rusiya ilə müharibə başlasa, bu, Avropa İttifaqı məkanında daxili düşmənçiliyin yenidən alovlanmasına münbit şərait yarada bilər. Onların fikrincə, Avropada "üstü örtülmüş" tarixi milli-etnik ziddiyyətlər yaxın gələcəkdə "qoca qitə" ölkələrinə həmçinin dağıdıcı vətəndaş müharibələri də vəd edir.
 
Ukrayna savaşının inkişaf istiqamətləri qlobal müharibə əlamətləri ilə yüklənməyə başlayıb. Bəzilərinin iddasına görə, Bayden administrasiyasının səlahiyyətlərinin sona çatmaq üzrə olduğu bir mərhələdə atdığı yolverilməz addımlarla bəşəriyyəti üçüncü dünya müharibəsinə maksimum səviyyədə yaxınlaşdırıb. İddialara görə, Rusiya ilə Qərb arasında başlanması ehtimal edilən müharibə son nəticədə Avropa İttifaqı ölkələri daxilində milli, dini, etnik zəmində çəkişmələrə də gətirib çıxara bilər. Bildirirlər ki, III Dünya müharibəsi "qoca qitə"də baş verəcə və Avropa ölkələri tezliklə bir-birinə qarşı savaş açacaqlar.

Seçilən
73
45
olke.az

10Mənbələr