AZ

Manuel Noyer karyerasında ilk dəfə

“Bayern Münhen”in qapıçısı Manuel Noyer karyerasında ilk dəfə qırmızı vərəqə alıb.

Msport.az xəbər verir ki, bu, Almaniya kubokunun 1/8 finalında “Bayer”lə matçın 17-ci dəqiqəsində baş verib.

Noyer cərimə meydançasından kənarda rəqibin müdafiəçisi Jeremi Frimponqu çiyniylə vuraraq əks-hücumu pozub. Bundan sonra o, rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, 38 yaşlı qolkiper 2011-ci ildən “Bavariya”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 539 qarşılaşmada iştirak edib, 255-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
53
msport.az

1Mənbələr