AZ

Yeni il gecəsi bunu edin, həyatınız dəyişsin

Yeni il ərəfəsində qırmızı alt paltarı geyinmək, yolka bəzəmək kimi bir çox ənənələr var...

Ümumiyyətlə, xristianlar tərəfindən həyata keçirilən bu ayinlərin mənşəyi tarixə əsaslanır.

Bunların arasında son vaxtlar məşhurlaşan 12 üzüm ənənəsi maraq mövzusuna çevrilib.

19-cu əsrə aid olan 12 üzüm ritualı İspaniyada yaranıb. Bir şayiəyə görə, 1909-cu ildə İspaniyanın Alikante bölgəsindəki üzümçülər həddindən artıq üzüm yığımı səbəbindən bu ənənəyə başlayıblar.

Yeni il gecəsi saat 12-də zəng çalanda 12 üzüm yeyən ispanlar bu ritualın bəxt gətirdiyinə inanırlar. Hər bir üzüm toxumu ayları təmsil edir.

Bolluq və bərəkət rəmzi kimi tanınan üzümləri masanın altında yemək bəxt və bərəkətin davamı sayılır.

Hər üzüm üçün arzu edilir və onun gerçəkləşəcəyinə inanılır. Bu, ilin sonunu qeyd etmək və yeni ilə təmiz bir başlanğıc etmək üçün edilib.

ÜZÜM RİTUALINI NECƏ ETMƏLİ?

Yeni il ərəfəsində saat əqrəbi 12-ni vuranda hər zəng üçün bir üzüm yeyilir. Hesab olunur ki, bunu masanın altında yerinə yetirmək bu ritualı daha da gücləndirir. (News24.az)

Poliqon.info

Seçilən
19
7
poliqon.info

8Mənbələr