AZ

Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - RƏSMİ

Ədliyyə nazirinin müvafiq əmri ilə Ceyhun Tağıyev Nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Day.Az xəbər verir ki, Ceyhun Tağıyev 1979-cu ildə anadan olub.

Hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə Bakı Dövlət Universitetinin bakalavr, 2002-ci ildə isə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının hər 3 dərəcəsi ilə təltif edilib.

Ceyhun Tağıyev 2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.

Seçilən
64
34
day.az

10Mənbələr