AZ

Türkiyənin Türk ölkələrinə ixracatı 1 milyard dolları keçib

Bakı. Trend:

2024-cü ilin oktyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı2023-cü ilin eyni ayı ilə müqayisədə 15,9 faiz artaraq 1 milyard 36milyon 126 min dollar olub.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin Türkölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 12,6faiz artaraq, 9 milyard 81 milyon 955 min dollar olub.

“Bu ilin oktyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 693 milyon25 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazrilikdən bildiriblər ki, 2024-cü ilin yanvar – oktyabraylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analojidövrü ilə müqayisədə 6,4 faiz azalaraq, 6 milyard 495 milyon 326min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi 52 milyard 909 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq29 milyon 409 min dollar olub.

“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faizartaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faizazalaraq 282 milyard 49 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Seçilən
40
10
az.trend.az

10Mənbələr