AZ

“Fiorentina” İtaliya Kubokunda “Empoli”yə məğlub oldu

Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin növbəti oyunu baş tutub.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

“Fiorentina” doğma meydanda “Empoli” ilə qarşılaşıb. Əsas vaxtda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Cütün qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Empoli” növbəti mərhələyə yüksəlib.

İtaliya Kubokunda 1/8 final mərhələsinin qalan oyunları növbəti günlərdə keçiriləcək.

İtaliya Kuboku
1/8 final
3 dekabr

Bolonya – Montsa 4:0
Qollar: Pobeqa, 32. Orsolini, 35. B.Dominqes, 63. Kastro, 76.

Milan – Sassuolo 6:1
Qollar: Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 59.

4 dekabr

Fiorentina – Empoli 2:2 (penaltilər 3:4)
Qollar: Kin, 59. Sottil, 70 – Ekonq, 4. Espozito, 75.

5 dekabr

00:00. Latsio – Napoli

17 dekabr

00:00. Yuventus – Kalyari

18 dekabr

21:30. Atalanta – Çezena
00:00. Roma – Sampdoriya

19 dekabr

00:00. İnter – Udineze

Seçilən
72
1
arena.az

3Mənbələr