AZ

Əli Əsədov daha bir QƏRAR İMZALADI

Nazirlər Kabineti 31 mart 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bir sıra su anbarlar, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları və s. olmaqla ümumilikdə 60 obyekt siyahıya əlavə edilib.

Həmin obyektlərin balanssaxlayıcısı kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müəyyən edilib. Onların mühafizəsini Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi təmin edir.

Seçilən
36
13
bakivaxti.az

10Mənbələr