Almaniya şirkəti İrana qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə cərimələnib.
Bu barədə “Financial Times” məlumat yayıb.
"Sanksiyaları pozaraq, Avstraliya üzərindən İrana neft emalı zavodu avadanlıqları göndərən Almaniya şirkəti ABŞ Xəzinədarlığı ilə məsələnin həlli üçün 14 milyon dollardan çox cərimə ödəməyə razılıq verib",- məlumatda bildirilib.
Qeyd olunub ki, “Aiotec” şirkəti bu işlə bağlı yanlış məlumat verib və avadanlığı İrana göndərdiyi halda bunun Türkiyəyə göndərildiyi görüntüsü yaradıb.
visiontv.az