AZ

Çin ABŞ-ın 13 hərbi şirkətinə sanksiya tətbiq edir

Çin, ABŞ-ın Tayvana silah satışını reallaşdırması səbəbindən bu ölkənin 13 hərbi şirkətinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu sanksiyalar dərhal qüvvəyə minəcək. Pekin, ABŞ-ın Tayvana silah satmasının Çin’in suverenliyini və ərazi bütövlüyünü pozduğunu iddia edərək, bu addımı kəskin şəkildə pisləyib.

Tayvan məsələsi, son illərdə Çin ilə ABŞ arasında ən gərgin mövzulardan birinə çevrilib. Çin, Tayvanı öz ərazisi kimi qəbul edir və bu səbəbdən ABŞ-ın Tayvana hərbi dəstək verməsini təhdid olaraq qiymətləndirir. ABŞ, Tayvanla bağlı “Bir Çin” siyasətini rəsmi olaraq qəbul etsə də, bölgədəki təhlükəsizlik və iqtisadi maraqlarını qorumaq məqsədilə Tayvana hərbi yardımlar göndərməkdə davam edir.

Seçilən
15
14
tribunainfo.az

10Mənbələr