AZ

Azərbaycanla matçda meydana yad əşyalar atdılar, 4875 avro ziyana düşdülər

UEFA Estoniya Futbol Assosiasiyasını azarkeşlərin Azərbaycan millisi ilə oyundakı davranışına görə cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna oktyabrın 11-də Millətlər Liqasında keçirilmiş Estoniya - Azərbaycan matçında fanatların meydana yad əşyalar atması səbəb olub.

Qurum buna görə 4875 avro ziyana düşüb.

Oktyabrın 11-də Tallin şəhərində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Seçilən
24
sportinfo.az

1Mənbələr