“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 14-cü turunda “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xatırladır ki, Mançester təmsilçisi səfər oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Bu məğlubiyyət Amorimin “qırmızı şeytanlar”ın sükanı arxasında ilk məğlubiyyəti kimi əlamətdar olub. Matçdan sonra Ruben Amorim jurnalistlərə açıqlamasında məğlubiyyətə belə şərh verib:
“Çətin oyundur. Xüsusilə birinci hissədə biz öz futbolumuzu oynamağa çalışdıq. Bizə daha çox məşq etmək gərəkdir. Standart vəziyyətlər hər şeyi dəyişir, oyunun gedişatını dəyişir. Onlar üçün bu, həqiqətən çətin idi. Biz çalışıb-vuruşduq, iki standart vəziyyətimiz də oldu, amma qol vura bilmədik. Onlar isə qol vurdular.
Biz başa düşməliyik ki, onların çiyinləri arxasında standart vəziyyətlərin icrası üzərində illərlə iş təcrübəsi var. Uzun müddət burada olsanız belə, onların standart vəziyyətlərinin hər şeyi necə dəyişə biləcəyini görə bilərsiniz. Biz, bu oyuna hazırlaşmaq üçün cəmi iki günümüz qalmış, özümüzü müdafiə etməyə çalışdıq”, – “Goal” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.
14 turdan sonra 19 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədəvlində 11-ci sırada qərarlaşıb. 28 xal toplamış “Arsenal” isə 3-cü pillədə yer alıb. Premyer Liqaya 35 xalla “Liverpul” başçılıq edir.