"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 14-cü turunda "Arsenal"a qarşı keçirdikləri matçı dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb. Portuqaliyalı çalışdırıcı bunları söyləyib:

"Çətin oyundur. Xüsusilə birinci hissədə biz öz futbolumuzu oynamağa çalışdıq. Bizə daha çox məşq etmək gərəkdir. Standart vəziyyətlər hər şeyi dəyişir, oyunun gedişatını dəyişir. Onlar üçün bu, həqiqətən çətin idi. Biz çalışıb-vuruşduq, iki standart vəziyyətimiz də oldu, amma qol vura bilmədik. Onlar isə qol vurdular. Biz başa düşməliyik ki, onların çiyinləri arxasında standart vəziyyətlərin icrası üzərində illərlə iş təcrübəsi var. Uzun müddət burada olsanız belə, onların standart vəziyyətlərinin hər şeyi necə dəyişə biləcəyini görə bilərsiniz. Biz, bu oyuna hazırlaşmaq üçün cəmi iki günümüz qalmış, özümüzü müdafiə etməyə çalışdıq".

Xatırladaq ki, Mançester təmsilçisi səfər oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.