AZ

"Binance" rəhbəri "Bitcoin"in qiymətinin artmasını şərh etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bitcoin"in dəyəri rekord həddi - 100 min dolları keçib. "Binance" şirkətinin baş direktoru Riçard Tenq bunu dünya maliyyə bazarı üçün əlamətdar hadisə adlandırıb.
Oxu.Az-ın Orda.kz-yə istinadən məlumatına görə, ən böyük kriptovalyuta birjasının baş direktoru bununla bağlı bəyanat verib.
Onun sözlərinə görə, "Bitcoin"in ümumi kapitallaşması 2.1 trilyon dollara çatıb. Kriptovalyuta iki trilyon bazar "tavanı"nı keçən aktivlər və şirkətlərin çox qısa siyahısına daxil olub. "Bitcoin"dən başqa, bu siyahıya qızıl və texnoloji nəhənglər "Microsoft", NVIDIA, "Apple", "Alphabet" ("Google") və "Amazon" korporasiyaları daxildir.
"Binance" rəhbəri qeyd edib ki, "Bitcoin"in tarixi yüksəlişi ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi fonunda baş verib. Ağ Evin yeni administrasiyası kriptovalyutalara ümumi tənqidi münasibəti yenidən nəzərdən keçirə və "Bitcoin"in bütün dünyada tamhüquqlu ödəniş vasitəsi kimi tanınması trendini müəyyən edə bilər.
"ABŞ-də "Bitcoin" strateji ehtiyatının yaradılması barədə danışıqlar və "Bitcoin"i korporativ xəzinələrinə əlavə edən şirkətlərin sayının artması onu göstərir ki, biz bu kriptovalyutanın həqiqi qlobal qəbulunun astanasındayıq", - deyə Riçard Tenq bildirib.
Ən böyük kriptovalyuta birjasının baş direktoru hesab edir ki, "Bitcoin"ə qlobal tələbat rəqəmsal aktivin fiat valyutalarının devalvasiyasından təbii müdafiə vasitəsi kimi qəbul edilməsi səbəbindən artıb. Hazırda bir neçə iri şirkət öz portfellərini diversifikasiya etmək üçün "Bitcoin"ə sərmayə qoyur.
"ABŞ-nin strateji "Bitcoin" ehtiyatı və qanunvericilikdəki potensial dəyişikliklər barədə müzakirələr investorların etibarını daha da gücləndirir. "Microstrategy" şirkətinin "Bitcoin"ləri sürətlə əldə etməsi rəqəmsal aktivlərin korporativ xəzinələrə cəlb edilməsində artan tendensiyanı vurğulayır: hazırda şirkət ümumi "Bitcoin" həcminin 1,5%-nə sahibdir. "Marathon Digital" və bəlkə də, "Microsoft" kimi digər şirkətlər də bu nümunəni izləyirlər ki, bu da "Bitcoin"in strateji aktiv kimi daha geniş qəbuluna işarə edir. "Bitcoin" ETF fondlarının, eləcə də son zamanlarda "Bitcoin" ETF fondlarına opsionların ortaya çıxması institusional investorlar üçün gəlir əldə etməyi və riskləri hedc etməyi asanlaşdırdı ki, bu da son dövrlərdəki ralliyə əhəmiyyətli dərəcədə töhfə verib. Bu ETF-lərə əhəmiyyətli maliyyə axını sayəsində "bitcoin" əsas maliyyə bazarlarına daha da inteqrasiya olunmağa hazırdır", - deyə "Binance" rəhbəri vurğulayıb.
Tenqin fikrincə, kriptovalyuta artıq dünya maliyyə bazarlarına tam inteqrasiya olmaq astanasındadır.
Seçilən
50
50
oxu.az

10Mənbələr