Xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində isveçrəli həmkarı Aleksander Fazel ilə görüşüb.
Leqal.info xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.
Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Ceyhun Bayramov həmkarına COP29-un yekunları, eləcə də Azərbaycan Sədrliyinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində gələcək səyləri barədə məlumat verib.
Görüş zamanı münaqişədən sonra regional yenidənqurma və sülh gündəliyi də müzakirə edilib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta