Avtoxuliqanlıq edən sürücü cərimələnib.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan patrul.az-a verilən məlumata görə, avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
"Araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin 2007-ci il təvəllüdlü, Qobustan rayon sakini olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs 500 manat məbləğində cərimə olunub" , - məlumatda qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta