LG mobil telefon bazarını tərk edib.
KONKRET.az xəbər verir ki, bir vaxtlar smartfon bazarının liderlərindən olan “LG Electronics”, tarixi bir qərar qəbul edərək mobil telefon bazarından tamamilə çəkildiyini elan edib.
Cənubi Koreyanın qlobal nəhəngi bütün patent hüquqlarını sənayenin ən əhəmiyyətli rəqiblərindən biri olan Çin texnologiya şirkəti “Vivo”ya satıb.
2021-ci ildən smartfon istehsalını dayandıran LG, bu qərarla bazardan çıxışını tamamlayıb.