Azərbaycanda da filialları olan Türkiyənin məşhur “Doğtaş” şirkəti ilə bağlı cərimə prootokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “Doğtaş”ın İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Doğtaş”la bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 12 dekabr tarixində hakim Gültəkin Əsədovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Doğtaş” mebel məhsulların satıcısı olan şirkət Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərir. Şirkətin Azərbaycan üzrə rəhbəri Aysel Karabulut olub. Xatırladaq ki, A.Karabulutun da bir müddət əvvəl iş icazəsi ləğv edilib.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar