Nazirlər Kabineti 26 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Kosmik Agentliyin (“Azərkosmos”) Nizamnaməsi”ndə dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat və yaxud 18,8 % artırılaraq 398 milyon 605 min 880 manatdan 473 milyon 605 min 880 manata çatdırılıb.