Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 2,1 dəfə artaraq 393,8 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan İsveçrəyə ixrac: 168,9 milyon dollar (+30,1 faiz)
İsveçrədən Azərbaycana idxal: 224,8 milyon dollar (+4 dəfə)
Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi