Olaylar xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, siyahıya aşağıdakılar əlavə edilib:
- İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;
- Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;
- Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;
- Video və (və ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması,saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;
- Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr;
- Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;
- Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;
- Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.