AZ

Naxçıvanda təcili tibbi yardım maşınlarına 14 mln. manat xərclənib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidməti 14 milyon manata təcili tibbi yardım avtomobilləri alıb. SİA xəbər verir ki, NMR Təcili Tibbi Yardım Xidməti sözügedən nəqliyyat vasitələrinin satınalınması üzrə tender keçirib.

Tenderin qalibi "Abşeron Avtomobil Mərkəzi" MMC seçilib. Ümumlikdə 62 müxtəlif təyinatlı təcili tibbi yardım avtomobilinin satınalınması üzrə MMC-yə 13 milyon 789,6 min manat ödənilib. Başqa sözlə bir təcili tibbi yardım avtomobilinin orta qiyməti 222,4 min manat təşkil edib.

Qeyd edək ki, "Abşeron Avtomobil Mərkəzi" "Mercedes" markalı avtomobillərin satışını həyata keçirir. Şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 90 manat, qanuni təmsilçisi isə Kamran Nazim oğlu Hüseynovdur.

Seçilən
14
3
sia.az

4Mənbələr