Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından əldə etdiyi gəlirlər açıqlanıb.
Sfera.az Neft Fonduna istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlarında mədaxil 5 milyard 725,4 milyon dollar olub.
Fonda daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 628,4 milyon dollar azalıb. “Şahdəniz”dən bu dövrdə 416,174 milyon dollar gəlir əldə edilib. Bu il “Şahdəniz”dən gəlirlər 680 milyon dollar azalıb.
Ümumilikdə, adıçəkilən yataqlar üzrə gəlirlər 6,14 milyard dollar olub və əvvəlki illə müqayisədə 1,31 milyard dollar azalıb.
Vasif
Sfera.az