AZ

Ölkəmizə qarşı sistematik qarayaxmalara baxmayaraq, COP29 uğurla keçirildi - Nazir

Bakı. Trend:

Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsialtında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq,COP29 uğurla həyata keçirildi və iqlim dəyişikliyi ilə mübarizəsəylərinə vacib töhfə oldu.

Trend xəbərverir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov MaltaRespublikasının paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatlarıüzrə III Avropa Konfransında çıxışında deyib.

Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29) sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi,nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habeləpostmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.

Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri iləmübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb.Bir sıra onlarla təşəbbüs və əhəmiyyətli tədbirlər ilə yanaşı,COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfəüstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədininqəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrədanışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbətiildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ənəhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.

İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalqtərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışannazir, bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrintəşəbbüslərə qoşulduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyiçərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyininmüxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərəvurğu edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsialtında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq,COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi iləmübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin bərpaolunan külək, su,günəş enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə buistiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib. Yaşılenerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan,Özbəkistan arasında, Avropa İttifaqı, habelə Gürcüstan, Rumıniya,Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar və layihələrin,Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birgətəşəbbüslərin, Xəzər və Qara dəniz hövzələrini birləşdirəcək yaşılenerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.

Seçilən
36
4
az.trend.az

9Mənbələr