Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.
Nazir konfransda Azərbaycanın COP29-a ev sahibliyi etməsi, nəticələri, eləcə də ölkənin enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahəsində təşəbbüsləri, eləcə də münaqişədən sonrakı səylər və regional təhlükəsizlik vəziyyəti barədə çıxış edib.
Ceyhun Bayramov çıxışı zamanı həmçinin münaqişədən sonrakı regional reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, mina təhlükəsi, o cümlədən Azərbaycan və Ermənistan sülh prosesi barədə məlumat verib.