Bakı. Trend:
COP29 bütün dünya ictimaiyyəti, eləcə də qlobal sammitin SinerjiTərəfdaşı olan NEQSOL Holding üçün müstəsna əhəmiyyətə malikolub.
Bu tərəfdaşlıq NEQSOL Holding-ə dünya liderləri ilə əlaqələringenişləndirilməsi, bilik-təcrübə mübadiləsi və innovativ həllərinmüzakirəsi üçün unikal platforma təqdim edib ki, bu da holdinq vəonun tərkibindəki şirkətlər – Nobel Energy, Norm, Bakcell,Azerconnect Group və s. üçün iqlim dəyişikliyi ilə mübarizətəşəbbüslərinə töhfə vermək imkanlarını gücləndirib.
COP29-da NEQSOL Holding 20-yə yaxın müxtəlif tədbirlər, həmçininpanel müzakirələr və təqdimatlar, təşkil edib. Bu tədbirlərdə60-dan çox məruzəçi və moderator, eləcə də 700-dən çox dinləyiciiştirak edib. COP29 Yaşıl Zonasında NEQSOL Holding pavilyonuyüzlərlə ziyarətçi ilə qarşılıqlı əlaqə, görüş və müzakirələrinmərkəzinə çevrilib.
Panel sessiyaları geniş sahələri əhatə edib: Azərbaycanda sementvə beton sənayesi üçün Xalis Sıfır (Net Zero) yol xəritəsi; Bərpaolunan enerji layihələri; Təmiz enerji və karbon tutmatexnologiyaları; Dayanıqlı icmaların inkişafında rəqəmsalplatformaların rolu; Rəqəmsal gələcək üçün bacarıqların inkişafı;Təhsil və təqaüd təşəbbüsləri vasitəsilə dayanıqlı icmalarıninkişafı; Dayanıqlı inkişaf üçün liderlik bacarıqlarının inkişafı;İqlim və sağlamlıq: dayanıqlı cəmiyyətlərin inkişafında sosialməsuliyyət tərəfdaşlıqlarının rolu; Neyromüxtəliflik; ESG (ekoloji,sosial və korporativ idarəetmə) və risklərin idarə edilməsi; Biznesetikası, dürüstlük və ətraf mühit; Dayanıqlı satınalma; İnnovasiyavə süni intellekt vasitəsilə dayanıqlılıq; və s.
"COP29-da iştirakımız NEQSOL Holding-in dayanıqlı inkişafa vəiqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyinin göstəricisidir.Hədəflərimiz istiqamətində holdinq və şirkətlərimiz tərəfindənmüxtəlif böyük layihələr və işlər həyata keçirilir, həmçinin NobelEnergy-nin günəş enerjisi sahəsində layihələri, Audubon Companiestərəfindən təmiz enerji və karbon tutma texnologiyaları, Normşirkətinin Net Zero Accelerator layihəsində iştirakı,telekommunikasiya qrupumuzun qlobal rəqəmsal kommunikasiya layihəsivə digər təşəbbüslər”, - NEQSOL Holding-in Baş Direktoru YusifCabbarov qeyd edib.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksəktexnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupudur.