AZ

Premyer Liqada noyabrın ən yaxşısı adına namizədlər

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi və ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Sportinfo.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın ən yaxşı məşqçisi adına mükafata 3 mütəxəssis iddia edir.

Bunlar “Brayton”dan Fabian Hurtseler (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət), “Vulverhempton”dan Qari O’Nil (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) və “Liverpul”dan Arne Slotdur (3 qələbə).

Noyabrın ən yaxşı futbolçusu adına isə 8 namizəd var. Bunlar “Mançester Yunayted”dən Bruno Fernandes (2 qol, 1 məhsuldar ötürmə), “Liverpul”dan Rayan Qravenberx (2 qol, 1 məhsuldar ötürmə) ilə Məhəmməd Salah (4 qol, 1 məhsuldar ötürmə), “Arsenal”dan Bukayo Saka (2 qol, 3 məhsuldar ötürmə), Martin Edeqor (1 qol, 2 məhsuldar ötürmə), “Brayton”dan Juan Pedro (2 qol, 2 məhsuldar ötürmə), “Vulverhempton”dan Mateus Kunya (3 qol, 1 məhsuldar ötürmə) və “Brentford”dan Yoan Vissadır (3 qol).

Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Seçilən
19
19
sportinfo.az

10Mənbələr