“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları” təsdiq edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərar ləğv edilib.
“Ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi, nomenklaturu və istifadə qaydası”nın təsdiq edilməsi və “Dövlət ehtiyatının nomenklaturası və yığım həcmlərinin yuxarı həddi haqqında” qərarın ləğv edilməsi barədə” qərar ləğv edilib.
“Tibbi və dərman vasitələri üzrə dövlət ehtiyatlarının həcmi və nomenklaturu”nun təsdiq edilməsi haqqında” qərar ləğv edilib.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.