Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatının məsul şəxslərindən birini saxlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, MİT terror təşkilatı PKK/KCK-nın Suriyadakı strukturunun məsul şəxslərindən olan "Yılmaz" kod adlı Serhat Özmenin xaricdəki yerini müəyyən edib. MİT-in əməliyyatı ilə yaxalanan Özmen Türkiyəyə gətirilib.
Terror təşkilatına 2014-cü ildə qoşulan Özmenin bir çox bölgədə silahlı fəaliyyət göstərdiyi müəyyən edilib.
Onun Suriyadan sonra 2023-cü ilin əvvəlindən etibarən İraqdakı təşkilat strukturunda fəaliyyət göstərdiyi bildirilir.
"Cebheinfo.az"