Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən ölkə oldu.
TUI şirkəti açıqlamasında bildirib ki, Türkiyə Almaniyadan gələn turistlər arasında birinci yerdədir və hazırda TUI-də 30 faizdən çox artım qeydə alınır.
Gələn yay Türkiyədə bir milyondan çox qonaqla 2024-cü ilin güclü yay uğuru əldə edilmək istənir və Almaniyadan Antalya, Dalaman, Bodrum və İzmirə uçuşlar həftəlik 1600-dən çox reys ilə genişləndirildi.
Qış mövsümündə də güclü bir artım olduğuna diqqət çəkilən açıqlamada "Getdikcə daha çox turist qış aylarında Türkiyəyə getməyi seçir. 30 faizdən çox rezervasiya artımı ilə Türk Rivierası Aralıq dənizinin yüksələn destinasiyası və populyarlıq reytinqində Hurqada və Fuerteventuradan sonra üçüncü yerdədir" ifadəsi işlədilib.