Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın yeni silah sistemlərinin, o cümlədən "Oreşnik" kompleksinin respublika ərazisində yerləşdirilməsi xahişi ilə rusiyalı həmkarı Vladimir Putinə müraciət edib.
Milli.Az xəbər verir ki, Lukaşenko vurğulayıb ki, Rusiya Federasiyasının rəhbərliyi tərəfindən müsbət qərar olarsa, "Oreşnik"dən istifadənin mümkün məqsədləri Minsk tərəfindən müəyyən edilməlidir.
Putin qeyd edib ki, "Oreşnik" kompleksinin Belarusda yerləşdirilməsi onun istehsalının artırılması zərurəti ilə əlaqədar 2025-ci ilin ikinci yarısında mümkündür. /Bizim.Media
Milli.Az