AZ

AŞPA Azərbaycan nümayəndə heyəti ilə bağlı səhvini düzəltməlidir - Fuad Oktay

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə BöyükMillət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayınbaşçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-əbildiriblər ki, Sahibə Qafarova "Parlamentarizm: ənənələr vəperspektivlər" mövzusunda beynəlxalq parlament konfransınınəhəmiyyətinə toxunub. Deyib ki, tədbir ölkələrimizin siyasihəyatında parlamentlərimizin rolu, qarşılıqlı əməkdaşlığının dahada gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda, butədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgəfəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.

Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylikvə qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrimizin dövlətbaşçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu günözünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə yüksəldiyiqeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanmasımünasibətlərin daha da genişləndirilməsinə təkan verib.Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçünolduqca mühüm amildir.

Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkilimünasibətilə təbriklərini çatdırıb. O, Türkiyədən böyük heyətinseçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.

TBMM-in komitə sədri ölkəmizin qazandığı bütün nailiyyətlərinqardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azadedilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasınınqürurverici olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıqəlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyibildirilib. Parlament sədrləri, o cümlədən dostluq qruplarıarasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyivurğulanıb. Eyni zamanda, parlamentlərimizin ikitərəfliəməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq formatının da mövcudolduğu qeyd edilib.

Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstəkvə birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzidairələr tərəfindən ölkələrimizə qarşı ikili standartlar, təzyiq,şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdəparlamentarilərimizin qarşılıqlı fəaliyyətinin daha böyük önəməmalik olduğu vurğulanıb.

F.Oktay, həmçinin AŞPA-nın Azərbaycan nümayəndə heyətininsəlahiyyətlərinin ratifikasiya olunmaması barədə qətnaməsini tənqidedib. Deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatınözünün nüfuzuna və etibarlılığına xələl yetirir. O qeyd edib ki,AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə buməsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinəçatdırır.

Görüşdə ötən ay Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədəkeçirilən COP29 barədə də fikirlər səsləndirilib.

Söhbət zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər haqqındada fikir mübadiləsi aparılıb.

Seçilən
58
10
az.trend.az

8Mənbələr