AZ

Avropa İttifaqı Ermənistana yeni missiya göndərir

Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistana gələcəklər.

Publika.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Səfər zamanı Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün mümkün istiqamətlərin nəzərdən keçirilməsi, eləcə də Ermənistanın Aİ-Ermənistan Hərtərəfli və İnklüziv Əməkdaşlığının bütün potensialından necə istifadə edə biləcəyinin nəzərdən keçirilməsi məqsədilə Aİ-Ermənistan münasibətləri müxtəlif aspektlərdə müzakirə olunacaq.

Səfər çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İnvestisiya Bankının (AİB) və Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi olan "Frontex"in nümayəndələri Aİ Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələrinə qoşulacaqlar. .

phrase_var_article.chosen
295
3
publika.az

2phrase_var_article.sources