Bakı. Trend:
Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələr dərinləşməyədavam edir.
Trend xəbər verir ki, bubarədə Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalqəlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi DarhanKıdırali Azərbaycanın Milli Məclisində (parlament) keçirilən“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalqkonfransda deyib.
"Prezident Kasım-Jomart Tokayev Azərbaycanla əlaqələrininkişafına xüsusi diqqət yetirir. Cari ilin əvvəlindən etibarənmüxtəlif beynəlxalq platformalarda bir neçə görüş keçirilib, birsıra razılaşmalar və müqavilələr, eləcə də ikitərəfli sənədlərimzalanıb", – deyə o bildirib.
Onun sözlərinə görə, beynəlxalq forumlarda iştirak ikitərəfliəməkdaşlığın, o cümlədən Türk Dövlətləri Parlament Assambleyası(TÜRKPA) çərçivəsində qarşılıqlı əlaqələrin inkişafında mühüm roloynayır.
"Son olaraq, Azərbaycanı bu yaxınlarda uğurla keçirilmiş COP29konfransı və bugünkü parlament konfransı münasibətilə təbrik etməkistərdim. Əminəm ki, bu tədbirlər münasibətlərimizin daha damöhkəmlənməsinə və irəliləməsinə töhfə verəcək", – deyə D. Kıdıralıqeyd edib.
Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasirqlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı,parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlamentmüzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışlarınhəllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.
Konfrans çərçivəsində “Azərbaycan və Türkiyə parlamentlərininictimai diplomatiya nümunələri” mövzusunda dəyirmi masa təşkilediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmişərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpaişləri ilə tanışlığı da nəzərdə tutulub.