Ermənistan sülhə doğru gedən yolda bir addım da atmır. Vətən Müharibəsində aldıqları acı məğlubiyyətə rəğmən yeni müharibə abu- havası ilə yaşayırlar. Suren Papikyanın ABŞ-a səfəri, Aparat Mirzoyanın Maltada çıxışı bunları deməyə əsas verir.”- bu fikirləri Azərbaycan Televiziyasının efirində Millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ tərəfinin açıqlaması isə ermənilərə açıq şəkildə dəstək verməkdir.
” Ermənistan sülh istəyirsə silahlanmadan əl çəkməlidir. Amma görünür rəsmi İrəvan dayanmadan öz ordusunu gücləndirmək üçün bütün gücündən istifadə edir” – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: