AZ

“Oğlumla ayrı qalanda camaat düşünür ki, biz küsülüyük”

“Xalqımız mənim övladımdır, oğlum, qızım anamdır və atamdır. Siz görürsünüz onlar mənim haqqımda nələr deyirlər? Çünki onlar hələ yetişməyiblər. Meyvəni kal-kal yemək olmaz. Məni başa düşənlər yetişiblər, başa düşməyənlər isə yetişməyiblər”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi bildirib ki, oğlu skripka ifaçısı Əkbərdən küsmür qarşısına zaman – zaman sərhəd çəkir:

“Oğlum nə olsun ki, bətnimdə olub. O da hələ məni anlamaq üçün yetişməyib. Amma yetişir. Misal üçün elə olub ki, oğlumun şəxsi həyatında çətinliklər olub. Hərdən mən özüm bilə - bilə küsülü olmuram. Valideyn hərdən övladlarının qarşısına sərhəd çəkməlidir. Oğlum məndən ayrı qalanda camaat elə başa düşür ki, biz küsülüyük. Bu vəziyyəti də özüm yaradıram”.

Qeyd edək ki, zaman-zaman Elza Seyidcahan oğlu Əkbərlə qalmaqal yaşadığını etiraf edib. Sonuncu dəfə isə bəstəkar-müğənni “Oğlum yazdığım şeirlərə görə məndən inciyir” açıqlaması ilə gündəmə gəlmişdir. 

Seçilən
50
1
olay.az

2Mənbələr