AZ

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq uğurlu qarşılıqlı fəaliyyətin nümunəsidir

Bakı. Trend:

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıqdialoq və qarşılıqlı fəaliyyətin uğurlu nümunəsidir.

Trend xəbər verir ki, bubarədə Tacikistan Ali Məclisinin Sosial məsələlər, səhiyyə, elm,təhsil, mədəniyyət, gənclər və qadın siyasəti üzrə komitəsininsədri Mexmedşox Qulzoda Azərbaycanın Milli Məclisində (parlament)keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusundabeynəlxalq konfransda deyib.

"Parlamentlərarası dostluq və əməkdaşlıq qrupu təcrübəmübadiləsinə, aktual məsələlərin müzakirəsinə, eləcə də xalqlarınmaraqlarına uyğun həll yollarının axtarışına töhfə verir", – deyəM.Qulzoda qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın bugünkü parlamentidövlətçiliyin, sosial sabitliyin və demokratik institutlarınmöhkəmləndirilməsində öz rolunu uğurla yerinə yetirir.

M.Qulzoda vurğulayıb ki, Azərbaycan iqtisadiyyatın inkişafı,vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və beynəlxalqnüfuzun gücləndirilməsi sahələrində böyük nailiyyətlər əldə edib.Azərbaycan və Tacikistan arasında qarşılıqlı dəyərlərə və stratejitərəfdaşlığa əsaslanan münasibətlər inkişaf etməyə davam edir.

"Azərbaycanda parlamentarizmin tarixi 1918-ci ildə AzərbaycanDemokratik Respublikasının yaradılması ilə başlayır, həmin çətindövrdə region çoxsaylı çağırışlarla üzləşirdi. AzərbaycanDemokratik Respublikasının ilk parlamenti 1918-ci il 7 dekabrdaaçılaraq, müstəqillik və demokratiyanın rəmzinə çevrildi. Onunfəaliyyəti dövlət suverenliyinin, sosial ədalətin və hüquqqaydalarının əsasını qoydu", – deyə o bildirib.

Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasirqlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı,parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlamentmüzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışlarınhəllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.

Konfrans çərçivəsində “Azərbaycan və Türkiyə parlamentlərininictimai diplomatiya nümunələri” mövzusunda dəyirmi masa təşkilediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmişərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpaişləri ilə tanışlığı da nəzərdə tutulub.

Seçilən
57
1
az.trend.az

2Mənbələr