AZ

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu – Birgə məlumat


Son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.
Məluamata görə, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Seçilən
36
49
yeniavaz.com

10Mənbələr