AZ

Serbiya vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

Serbiya öz vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın Suriyadakı səfirliyinin məlumatında deyilir. “Serbiyanın Dəməşqdəki səfirliyi Serbiyanın bütün vətəndaşlarını təcili surətdə Suriya ərazisini tərk etməyə çağırır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Suriyada təhlükəsizlik vəziyyəti bu həftə daha da pisləşib. Belə ki, suriyalı üsyançı qruplar ölkənin mərkəzində yerləşən iki şəhərə daxil olub, eyni zamanda, Suriyanın üçüncü ən böyük şəhəri olan Homsun beş kilometrliyinə yaxınlaşıb.

Seçilən
61
31
ikisahil.az

10Mənbələr